Bakı. Trend:
Avropa İttifaqının 27 üzv dövlətinin daimi nümayəndəlikləri gürcüstanlı diplomatlar üçün vizasız rejimin dayandırılmasına qərar verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Aİ-yə üzv dövlətlərdən birinin Avropa İttifaqı Şurasındakı nümayəndə heyətindən olan mənbəyə istinadən məlumat yayıb.
“Bəli, daimi nümayəndələr bu gün səhər Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərar razılaşdırılblar", - məlumatda qeyd olunub.
Adı açıqlanmayan diplomatın bildirdiyinə görə, qərar yanvarın 27-də keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında formal olaraq təsdiq oluna bilər.
Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası Gürcüstandan olan məmumlar və diplomatlar üçün vizasız rejimin dayandırılmasını rəsmi şəkildə təklif etmişdi.