...

Şərq-Qərb marşrutu üzrə il ərzində daşınan yüklərin həcmi məlum olub

İqtisadiyyat Materials 24 Yanvar 2025 12:39 (UTC +04:00)
Şərq-Qərb marşrutu üzrə il ərzində daşınan yüklərin həcmi məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Son 20 ildə Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmiryol xətləri yenilənir, beynəlxalq tərəfdaşlıqlar gücləndirilir.

Trend bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.

Azərbaycan dəmir yolları ilə 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb.

2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti