Bakı. Trend:
Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, çirkli pulların yuyulması faktı ilə bağlı cinayət işi başlanıb.
Bildirilib ki, hazırda digər təfərrüatlar verilməyib.