Bakı. Trend:
Get-gedə bazarda heyvan qidalarının qiyməti artır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım komitənin bu gün keçirilən iclasında deyib.
Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı ona müraciətlər artır:
“Heyvan saxlamayan insanlar belə bu məsələdən narahatdırlar. Sahibsiz heyvanlara nəsə almaq istəyənlərin də buna büdcəsi buna çatmır”.
Deputat qeyd edib ki, sözügedən məhsullar vergidən, ƏDV-dən azad olsa, qiymətlər daha əlverişi olar.