Bakı. Trend:
Türkiyə və Suriya hökumət rəsmiləri qarşılıqlı ticarət əməkdaşlığı və gömrük əməliyyatları ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Ticarət Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, tərəflər azad ticarət haqda sazişin fəaliyyətinin bərpasını nəzərdən keçirməyə razılaşıblar.
“Tərəflər iqtisadi münasibətlərə daha kompleks yanaşma kimi, 2011-ci ildə qüvvədən düşmüş azad ticarət haqda sazişin yenidən qüvvəyə minməsi məqsədilə danışıqlara başlamağa qərar veriblər”, - Ticarət Nazirliyinin bəyanatında deyilir.