Bakı. Trend:
ABŞ vitse-prezidenti Ceyms Devid Vensi iştirakı ilə Con Retkliff Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru kimi and açib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Mərasim zamanı ABŞ vitse-prezidenti Retkliffi özünü vətənpərvər adlandırıb və həmçinin bildirib ki, o, “prezidentin [Donald Trampın] etibarını” qazanıb.
ABŞ Senatı daha əvvəl Con Retkliffi MKİ-nin rəhbəri vəzifəsinə təsdiq edib. Onun namizədliyini 74 senator dəstəkləyib, 25-i isə əleyhinə səs verib.