Bakı. Trend:
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Qlazqo, Edinburq və Dublin hava limanlarında yüzlərlə reys ləğv edilib, Şotlandiya və Şimali İrlandiyada qatarların hərəkəti dayandırılıb.
İrlandiyada elektrik xətlərinin qırılması səbəbindən 600 minə yaxın yaşayış evi, ferma və ofis binası elektrik enerjisiz qalıb.