Bakı.Trend:
ABŞ prezidenti Donald Trampın administrasiyası qanunsuz mühacirlərin ölkədən çıxarılması prosesinə başlayıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Trampın administrasiyaıs hərb-hava gəmiləri vasitəsilə yüzlərlə qanunsuz mühaciri deportasiya edib”, -deyə o yazıb.
O həmçinin qeyd edir ki, Tramp hakimiyyətə gələndən Amerikanın hüquq mühafizə orqanları artıq 538 qanunsuz mühaciri nəzarətə götürüb.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp hüquq-mühafizə orqanlarına və sərhədçilərə qanunsuz miqrantlarla mübarizədə daha geniş səlahiyyətlər verən fərman imzalayıb. Başlıca olaraq ölkənin cənubundan keçən Meksika ilə sərhəd hədəf götürülüb.