...

Rumıniyanın ətraf mühit naziri COP29 qərarlarının həyata keçirilməsi üzrə vacib tapşırıqlardan danışıb (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 24 Yanvar 2025 13:13 (UTC +04:00)
Rumıniyanın ətraf mühit naziri COP29 qərarlarının həyata keçirilməsi üzrə vacib tapşırıqlardan danışıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçirilən COP29-da qəbul olunmuş qərarların həyata keçirilməsi zamanı əsas tapşırıq maliyyə resurslarının səfərbər olunmasıdır.

Bunu Trend-ə Rumıniyanın Ətraf-mühit, sular və meşələr üzrə naziri Mirça Feçet özəl müsahibəsində bildirib.

“Söhbət 2035-ci ilə qədər 300 milyard dollarlıq hədəfə nail olmaq üçün tələb olunan mexanizmin işə salınması və həm dövlət, həm də özəl sektordan ianələrin təmin olunmasından gedir. Çağırışlar arasında – bəyan olunmuş 300 milyard dollar məbləğ və hesablamalara görə 2035-ci ilə qədər hər il tələb olunan 1.3 trilyon dollarlıq məbləğ arasındakı böyük fərqi azaltmaq, həmçinin ölkələr arasında maliyyə öhdəliklərinin ədaləlti şəkildə bölüşdürülməsi ilə bağlı ortaya çıxan ixtilaflı məsələlərin həlli yer alır. Həmçinin 6-cı Maddəyə müvafiq olaraq karbon bazarlarının opertivləşdirilməsi, o cümlədən karbon kreditlərinin ticarəti üzrə idarəetmə mexanizmlərinin yaradılması və şəffaflığın təmin edilməsi son dərəcə vacibdir”, -deyə o qeyd edib.

Nazir hesab edir ki, vacib olan digər tapşırıq inkişaf etməkdə olan ölkələrin potensialının gücləndirilməsidir.

"Bu, uyğunlaşma tədbirlərini yaxşılaşdırmaq, karbon bazarlarında iştirak etmək və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF) çərçivəsində hesabat tələblərinə əməl etmək üçün texniki və maliyyə dəstəyinin təmin edilməsini nəzərdə tutur. Bu sahədə mövcud olan çətinliklərdən biri resursların və biliklərin əlçatarlığındakı qeyri-bərabərlikdir ki, bu da ədalətli iştiraka mane ola bilər. Daxili prioritetlər və iqtisadi qeyri-sabitlik kimi siyasi və iqtisadi maneələr də ciddi problemlər yaradır," – deyə Feçet qeyd edib.

O vurğulayıb ki, bu maneələri aşmaq üçün qlobal əməkdaşlığa, milli maraqların beynəlxalq iqlim hədəfləri ilə əlaqələndirilməsinə və dəyişən şərtlərə uyğunlaşa bilən dayanıqlı mexanizmlərin yaradılmasına ehtiyac var.

“Əlaqələndirilmiş səylər və şəffaflığa, ədalətə xüsusi diqqətin ayrılması sayəsində, COP29-da elan olunmuş öhdəliklər qlobal iqlim hədəflərinə nail olmağımızda əhəmiyyətli tərəqqiyə yol aça bilər”, -deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda keçirilən COP29 konfransı aşağıdakı vacib qərarlarla yadda qalıb.

- hər il 300 milyard ABŞ dolları məbləğində maliyyənin səfərbər olunması üzrə yeni əsas hədəf seçilib (bu öncəki 100 milyard dollarlıq yuxarı həddi üç dəfə üstələyir)

- İtki və Zərər Fondu işə salınıb.

- Paris sazişinin 6-cı maddəsinə əsasən, etibarlı karbon bazarlarının yaradılması üzrə danışıqlar yekunlaşıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti