Bakı. Trend:
“Shah Deniz Alpha” platformasında qaz hasilatı və Şahdəniz yatağından ixrac əməliyyatları əvvəlki səviyyəsinə qayıdıb.
Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında bp-nin Azerbaijan-Georgia-Turkey-in kommunikasiya şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.
""Shah Deniz Alpa" platformasında qaz hasilatı və ixraci üzrə bütün əməliyyatlar ştat rejimində həyata keçirilir. Həcmlər Səngəçal terminalında kondensat nəql edən sualtı kondensat kəmərində texniki nasazlığın qeydə alındığı vaxta qədər olmuş əvvəlki göstəricilərinə qayıdıb”, - deyə o bildirib.