Bakı.Trend:
ABŞ-nin Federal Ehtiyat Sistemi baza uçot dərəcəsini əhəmiyyətli dərəcədə aşağı salsa, neft qiymətləri də aşağı düşər.
Trend xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bildirib.
Amerikalı dövlət başçısının sözlərinə görə, neftin ucuzlaşacağı təqdirdə isə “həm amerikalılar, həm də bütün dünya üçün hər şey ucuzlaşacaq”.
Trampın sözlərinə görə, belə olacağı halda inflyasiya templəri də zəifləyə bilər ki, bu da öz növbəsində bankların kredit faizlərinin daha da aşağı düşməsi ilə nəticələnər.
O məhz bu səbəbdən Federal Ehtiyat Sisteminin rəhbərliyi ilə görüşüb bu kimi məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib. Görüşün nə vaxt baş tutacağı açıqlanmır.
Xatırladaq ki, ötən il dekabrın ortalarında FED növbəti dəfə uçot dərəcəsini aşağı salıb. Belə ki, qurum faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi - 4,5-4,75 %-ə endirməyə qərar verib.