Bakı. Trend:
Hesablama Palatası Bakı Metropolitenin fəaliyyətində nöqsanlar aşkarlayıb.
Bu barədə Trend-ə palatadan məlumat verilib.
Bildirilib ki, cari ilin әvvәlinә olan hesabat mәlumatlarına әsasәn, "Bakı Metropoliteninin 2011-2015-ci illәrdә inkişafına dair Dövlәt Proqramı"nın hәyata keçirilmәsi üçün Tәdbirlәr Planında nәzәrdә tutulmuş 23 tәdbirdәn 10 tәdbir üzrә işlәr başa çatdırılıb, 13 tәdbir üzrә işlәr qismәn yerinә yetirilib: “Dövlәt büdcәsindәn bu istiqamәtdә ayrılan subsidiyanın mahiyyәtinin qiymәti tәnzimlәnәn metropolitenlә sәrnişindaşıma xidmәtlәrinin göstәrilmәsindәn yaranan zәrәrin tam vә ya qismәn qarşılanmasından ibarәt olması nәzәrә alınmayaraq әmәk haqqı, icbari sosial ayırmalar, kommunal xidmәtlәr vә s. bu kimi xәrclәrin mәnbәyi qismindә sәnәdlәşdirilmәsi 2022-ci ildә әsas fәaliyyәt üzrә gәlirlәrin xәrclәri 13527,1 min manat üstәlәmәsi şәraitindә müvafiq vәsaitin investisiya xәrclәrinә (әsaslı tәmir, tikinti vә s.) yönәldilmәsi maliyyә inzibatçılığında ziddiyyәtli qәrarlara sәbәb olub.
Sәrnişindaşıma fәaliyyәti üzrә subsidiyanın düzgün tәnzimlәnmәmәsi vә yaranan sәrbәst vәsaitlәrin yetәrli әsaslandırma olmadan muzdlu işçilәrә fәrdi mükafat adı ilә ödәnilmәsi, elәcә dә bunun birbaşa vә ya dolayısı ilә gәlirdәn çıxılan xәrclәrә aid edilmәsi sәrnişindaşınma xidmәtlәrinin maya dәyәrinin artırılması ilә nәticәlәnib”.
Vurğulanıb ki, “Bakı Metropoliteni”nin tikinti obyektlәri üzrә “Yerinә yetirilmiş işlәrin qәbulu Aktı” ilә rәsmilәşdirilmiş 559,7 min manat dәyәrindә işlәrә dair tәrtib edilmiş smeta sәnәdlәri (işlәrin icrası zamanı iş hәcmlәrinә edilmiş dәyişikliklәr) ekspertizadan keçirilmәyib, 712,9 min manat dәyәrindә işlәrin tikinti norma vә qaydalarının tәlәblәri gözlәnilmәyәrәk smeta sәnәdlәrinә daxil edilmiş xidmәtlәr “tikintinin tәşkili layihәsi”ndә әks etdirilməyib vә layihә sәnәdlәrindә nәzәrdә tutulmayan 272,2 min manat dәyәrindә işlәr smeta sәnәdlәrinә daxil edilib: “QSC tәrәfindәn dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin tәlәblәrinә riayәt olunmaqla yanaşı, çoxsaylı prosedur pozuntusuna yol verilmәsi, satınalma metodu tәtbiq edilmәdәn müxtәlif mәqsәdlәr üçün 262 halda 868,6 min manat mәblәğindә birbaşa müqavilәlәrin bağlanılması, ehtimal dәyәrinin müәyyәn edilmәmәsi rәqabәt mühitinin pozulması ilә yanaşı dövlәt vәsaitindәn qәnaәtlә istifadә edilmәmәsinә, habelә tender komissiyasının fәaliyyәtindә vә inzibatçılıqda boşluqların olması isә uzunmüddәtli debitor borcun yaranmasına, müqavilә öhdәliklәrinin gecikdirilmәsinә vә ya icra edilmәmәsinә, vaxtında icra edilmәyәn müqavilәlәr üzrә cәrimәlәrin tәtbiq edilmәmәsinә sәbәb olmuşdur. - Audit zamanı bәzi hallarda mövcud resursların real dәyәrlәndirilmәsi aparılmadan ehtiyacların qiymәtlәndirildiyi müәyyәn olunmuşdur ki, bu da bir tәrәfdәn әlavә dövlәt vәsaitinin istifadәsinә, digәr bir tәrәfdәn isә aktivlәrin uzun müddәt istifadәsiz saxlanılmasına şәrait yaratmışdır. - 2022-2023-cü illәrdә QSC-nin sәlahiyyәtlәrinә aid olan vәzifә vә öhdәliklәrin xәrclәrdә azalma aparılmadan bәzi hallarda paralel olaraq kәnar hüquqi vә fiziki şәxslәrә hәvalә edilmәsi, habelә hәmin xidmәtlәrin dәyәrinin әsaslandırma olmadan artırılması kimi hallar QSC-nin xәrclәrindә sәmәrәsiz vә qәnaәt edilmәyәn vәsait kimi qiymәtlәndirilmişdir”.
“QSC-nin 2021-ci vә 2022-ci il maliyyә hesabatlarının tәrtibi üçün müvafiq auditor şirkәtlәri ilә müqavilәlәrin bağlanılmasına baxmayaraq öhdәliklәrin icraçılar tәrәfindәn audit dövrünün sonunadәk icra edilmәmәsi, bәzi hallarda ehtiyatların vә digәr aktivlәrin aidiyyәti üzrә mәdaxil edilmәdәn istifadәyә verilmәsi maliyyә hesabatlılığında şәffaflığın tam tәmin edilmәmәsini, daxili nәzarәt vә uçot siyasәtinin subyektin inkişaf strategiyasına uyğunsuzluğunu әks etdirmәklә maliyyә resurslarının idarәedilmәsi vә inzibatçılığında çevik maliyyә qәrarlarının qәbul edilmәsinә mәnfi tәsiri şәrtlәndirmişdir.
Hesablama Palatasının Kollegiyası әsassız olaraq xәrcә silinmiş 13,6 min manat debitor borcun mühasibat yazılışı verilәrәk uçota bәrpa olunmasının, habelә QSC-nin Birlәşmiş emalatxanaları tәrәfindәn istehsal olunmuş müxtәlif әsas vәsaitlәr üzrә 3215,5 min manat mәblәğindә xәrclәrin mühasibat yazılışı verilәrәk kapitallaşma xәrclәrinә aid edilmәsinin nәzәrә alınması, audit әhatә etdiyi dövrdә istismar xәrclәrindәn ödәnilmiş vә geri qaytarılması tәmin edilmәyәn 5724,2 min manat vәsaitin istismar xәrclәri üzrә hesablaşma hesabına qaytarılması, әsaslı vәsait qoyuluşu xәrclәri hesabına icra olunan iki layihә üzrә yol verilmiş artıq xәrclәrin icra prosesindә (layihәlәrin davam etdiyi nәzәrә alınaraq) azaldılması barәdә qәrar qәbul etmişdir. Hәmçinin, auditlә әhatә olunan iki obyekt üzrә yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikintiquraşdırma vә abadlaşdırma işlәrinin hәcm vә dәyәrinin müvafiq layihә-smeta sәnәdlәrindәn artıq (o cümlәdәn, fәrqli) olmasının müәyyәnlәşdirildiyi nәzәrә alınmaqla digәr obyektlәrin dә bu predmet üzrә daxili nәzarәt qaydasında әhatә olunması, layihә-smeta sәnәdlәrindәn kәnar qaydada yerinә yetirilmәsi rәsmilәşdirilmiş tikinti-quraşdırma işlәrinin faktiki dәyәrinә әsaslanmaqla layihә-smeta sәnәdlәrinә müvafiq düzәlişlәrin edilmәsi üçün sәlahiyyәtli dövlәt qurumlarına müraciәt edilmәsi vә nәticәdәn asılı olaraq qanunvericiliyә uyğun tәdbirlәrin hәyata keçirilmәsi vә aidiyyәti Dövlәt Proqramının Tәdbirlәr Planı üzrә qismәn yerinә yetirilmiş işlәrin başa çatdırılması üçün müvafiq tәdbirlәrin görülmәsi barәdә tәkliflәr irәli sürülmüşdü”, - məlumatda qeyd olunub.