Bakı. Trend:
Fələstin HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını cümə günü İsrailə təhvil verəcək.
Trend-in məlumatına görə, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri Zaher Cabarin də təsdiqləyib.
"Sabah əsirlərin [girovların] müqabilində azad edilməli olan fələstinli məhbusların siyahısı müqabilində döyüşçülərimiz tərəfindən saxlanılan dörd girovun adlarını İsrailə təhvil verəcəyik", - deyə o qeyd edib.
Hərəkatın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri də təsdiqləyib ki, mübadilə siyahılar təhvil verildikdən bir gün sonra - yanvarın 25-də baş tutacaq.