Bakı. Trend:
Azərbaycanın Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının maliyyə bazarlarının inkişafı və kredit əlçatanlığı üzrə İşçi qrupuna yeni rəhbər təyin olunub.
Trend-in məlumata görə, bu barədə Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev bildirib.
Onun sözlərinə görə, işçi qrupa rəhbər təyin edilmiş şəxs Azərbaycan Mərkəzi Bankının idarə heyəti sədrinin müavini Toğrul Əliyevdir.
O, bu postda keçmiş sədr müavini Rəşad Orucovu əvəz edib.
Kadr dəyişikliyi Mərkəzi Bankın sədri Taleh Kazımovun məktubu əsasında həyata keçirilib.