...

Bu ölkədə məktəblər kütləvi şəkildə bağlanır

Dünya xəbərləri Materials 24 Yanvar 2025 15:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

Taylandın paytaxtı Banqkokda havanın kəskin çirklənməsi ilə əlaqədar şəhər meriyasının sərəncamı ilə 31 rayonda yerləşən 352 məktəb bağlanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin 50 rayonundan 48-də sağlamlıq üçün təhlükəli şəraiti bildirən “qırmızı” xəbərdarlıq elan edilib.

Məlumata görə, yerli hökumət şəhər sakinlərini zərurət olmadıqca evdən çölə çıxmamağa, onlayn rejimdə işləyəmə çağırıb. Sakinləri şəxsi avtomobillərdən az istifadəyə təşviq etmək üçün Banqkokda bir həftə ərzində ictimai nəqliyyatın pulsuz olacağı deyilir.

Qeyd edilir ki, Taylandda havanın çirklənməsi mövsümi xarakter daşıyır. Qışın soyuq, durğun havası tarlaların yandırılmasından qalxan tüstü və nəqliyyat vasitələrinin tullantı qazları ilə qarışaraq, havanın kəskin çirklənməsinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti