Bakı.Trend:
Rusiyanın Samara şəhər hava limanına təyyarələrin enişi və qalxışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.
Trend xəbər verir ki, bu haqda Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artyom Korenyako rəsmi Telegram-kanalında məlumat yayıb.
“08.00-dan etibarən (Bakı vaxtı ilə 09.00) Samara hava limanında (Kurumoç) təyyarələrin qəbulu və göndərilməsinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb”,- məlumatda qeyd olunur.
Eyni zamanda Penza və Ulyanovsk aerportlarında tətbiq olunan uçuş qadağaları ləğv edilib.
Korenyakonun bildirdiyinə görə, hava limanlarına tətbiq olunan məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb.
Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə Rusiyanın bir sıra əraziləri kütləvi şəkildə dron hücumlarına məruz qalıb.