Bakı.Trend:
Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində də işlər davam etdirilir.
Trend bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.
2023-cü ildə İranın Astara şəhərində yerləşən terminalda 700 min tona yaxın, 2024-cü ildə isə 814 min ton (2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çox) yük aşırılıb.
ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb.