...

Fatih Birol “təmiz” enerjiyə qlobal keçidin problemləri haqda danışıb

Yaşıl iqtisadiyyat Materials 23 Yanvar 2025 16:46 (UTC +04:00)
Fatih Birol “təmiz” enerjiyə qlobal keçidin problemləri haqda danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun “Enerji keçidi üçün hamı göyərtədə” şüarlı panel diskussiyasında etdiyi çıxışda “təmiz” enerjiyə qlobal keçidin çağırışları və perspektivlərindən söz açıb.

Trend xəbər verir ki, o qeyd edib ki, cari hesablamalarına görə artıq yekun investisiya qərarları (FID) olan layihələr sayəsində, bərpaoluna bilən enerji mənbələrinin həcminin 2,7 dəfə artacağı gözlənilir ki, bu heç də pis göstərici deyil.

"Bundan başqa biz bu prosesi sürətləndirə və daha yüksək göstəricilərə nail ola bilərik. Ancaq, enerji səmərəliliyinə gəlincə, bu məsələdə müəyyən problemlər ortaya çıxır. İkiqat artım o deməkdir ki, o mövcud göstəricilər əsasında baş verməlidir. Enerji səmərəliliyinin qlobal artımı təqribən illik 2% civarında olub. Həmin göstəricinin iki dəfə böyüməsi illik enerji səmərəliliyi artımının 4% faizə çatdığı anlamına gəlməli idi. Halbuki 2024-cü ildə qlobal enerji səmərəliliyinin artımı tarixi orta səviyyəsindən də aşağı həddə düşüb və cəmi 1% təşkil edib. Bu problemli sahədir”, - Birol qeyd edib.

O “təmiz” enerjiyə qlobal keçidin yolunda duran əngəllərdən də danışıb:

“İndiki mərhələdə ölkələrin “təmiz” enerjiyə keçid prosesində üzləşdiyi çoxsaylı problemlər var. Onlardan birini qeyd etmək lazım gəlsəydi, şəxsən mən bunu qeyd edərdim. Bugün “təmiz” enerjiyə qoyulan investisiyaların həcmi 2 trilyon dollar təşkil edir, hərçənd 10 il əvvəl bu göstərici 1 trilyon dollar idi. Düzdür, bu əhəmiyyətli artımdır, amma problem ondadır ki, “təmiz” enerjiyə ayrılan həmin 2 trilyon dollar investisiyanın 85 faizi məhz inkişaf etmiş iqtisadiyyatlar və Çinin payına düşür. İnvestisiyaların yalnız 15%-i dünya əhalisinin 60%-nin yaşadığı ölkələrin payına düşür".

Birol eyni zamanda “təmiz” enerjiyə qoyulan investisiyaların bölgüsündə regionlar arasında olan qeyri-bərabərlikdən söz açıb.

“Ola bilər mən, həddən artıq rəqəm açıqladım, gəl ki, “təmiz” enerjiyə qoyulan investisiyaların yalnız 15%-i dünya əhalisinin 60% yaşadığı bölgələrin payına düşür - söhbət Afrika, Latın Amerikası, Asiya və digər regionlardan gedir. Belə olan halda biz həmin ölkələrdə “təmiz” enerjiyə investisiyaların və layihələrin tələblərə uyğunluğunu hansı şəkildə zəmanət verə bilərik? Mənə elə gəlir ki, bu əsas qırılma nöqtəsi və ən böyük problemdir”, - Birol bildirib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti