...

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

İqtisadiyyat Materials 23 Yanvar 2025 13:03 (UTC +04:00)
Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2024-cü ilin dekabr ayında orta hesabla 127.0-a bərabər olub.

Bununla da ərzaq qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 0.5% azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 6.7% artıb.

Trend-in rəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində taxıl, süd və şəkər məhsulları, eləcə də bitki yağları üzrə qiymət indeksi azalıb, ət məhsulları üzrə isə artıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi dekabr ayında orta hesabla 111.3 bənd təşkil edib:

  • Noyabr ayına nisbətən 0.1 bənd (0.1%) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.5 bənd (9.3%) azalıb.

Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

  • Beynəlxalq tələbatın aşağı düşməsi və Argentina və Avstraliyada yüksək məhsuldarlıq fonunda buğda qiymətinin azalması;
  • Sorqonun qiymətinin azalması;
  • Düyü qiymətinin azalması

BİTKİ YAĞLARI

Bitki yağı Qiymətləri İndeksi dekabr ayında orta hesabla 163.3 bənd təşkil edib:

  • Noyabr ayına nisbətən 0.9 bənd (0.5 %) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.0 bənd (33.5%) artıb.

Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri:

  • Günəbaxan yağına olan tələbin azalması fonunda qiymətinin azalması;
  • Kolza yağı qiymətinin azalması;
  • Soya yağı qiymətinin azalması

SÜD MƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi dekabr ayında orta hesabla 138.9 bənd təşkil edib:

  • Noyabr ayı ilə müqayisədə 1.0 bənd (0.7%) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.2 bənd (17.0%) artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

  • Qlobal tələbatın azalması fonunda kərə yağı qiymətinin azalması;
  • Tələbatın azalması fonunda pendir və yağsız süd tozu qiymətinin azalması

ƏT MƏHSULLARI

Ət Qiyməti İndeksi dekabr ayında orta hesabla 119.0 bənd təşkil edib:

  • Noyabr ayına müqayisədə 0.5 bənd (0.4%) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 bənd (7.1%) artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:

  • Qlobal tələbat və istehsal məhdudiyyətləri fonunda mal əti qiymətinin artması;
  • Qoyun əti qiymətinin artması

ŞƏKƏR

Şəkər Qiymət İndeksi dekabr ayında orta hesabla 120.0 bənd təşkil edib:

  • Noyabr ayına nisbətən 6.4 bənd (5.1 faiz) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.2 bənd (10.6%) azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri:

  • Braziliyadakı bitkiçilik perspektivlərinin yaxşılaşması fonunda şəkər qiymətinin azalması;
  • Braziliya realının ABŞ dolları qarşısında zəifləməsi fonunda şəkər qiymətinin azalması;
  • Hindistan və Taylandda davam edən əzmə mövsümü fonunda şəkərin dünya qiymətlərinin azalması

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin dekabr ayında ölkədə illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. İllik baza inflyasiya 4.4% olub.

Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyriərzaq malları üzrə 6,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti