Bakı. Trend:
Tacikistanın MDB sədrliyi çərçivəsində ilk dəfə olaraq MDB və BMT arasında əməkdaşlıq üzrə yüksək səviyyəli birgə tədbir təşkil olunacaq.
Trend xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon səfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə bildirib.
“MDB-nin tarixində ilk dəfə olaraq BMT-nin baş qərargahında Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində MDB və BMT-nin əməkdaşlığı üzrə yüksək səviyyəli birgə tədbir keçiriləcək. Həmçinin BMT və MDB arasında əməkdaşlıq haqqında BMT Baş Assambleyasının növbəti qətnaməsinin qəbul olunmasına lazımı dəstək göstəriləcək”, - səfir bildirib.
Onun sözlərinə görə, siyasi müstəvidə, səylər MDB-nin inteqrasiya birliyi kimi dünya səhnəsində müsbət imicinin daha inkişaf etdirilməsinə, Birliyin BMT və onun ixtisaslaşmış qurumları, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı, KTMT, AİİB və digər regional təşkilatlar ilə əlaqələrin genişləndirilməsinə yönəldiləcək. Bu proses çərçivəsində konkret məsələlər üzrə bir sıra birgə tədbirlər keçiriləcək. Həmçinin ŞƏT-ə MDB yanında müşahidəçi statusunun verilməsi məsələsinə baxılacaq.