Bakı. Trend:
Almaniyanın "Borussia Dortmund" klubu, "Qalatasaray"ın futbolçusu Yunus Akgünlə maraqlanır.
Trend-in məlumatına görə, bu barədə Fransanın “L'Équipe” nəşri xəbər yayıb.
Dortmund təmsilçisi, 24 yaşlı vingeri komandadan ayrılacağı gözlənilən Kərim Adeyemi ilə əvəzləmək niyyətindədir. Məlumata görə, "Borussia Dortmund" Yunus Akgünlə transfer üzrə ilkin təmaslara başlayıb.
Qeyd edək ki, Yunus Akgün “Qalatasaray”ın yetirməsidir. Bu mövsüm Türkiyə millisinin üzvü, "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.