Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və 1 ədəd avtomat, həmin silaha məxsus patron darağı və 24 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 8 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.