Bakı. Trend:
Norveç 1-ci və 2-ci liqalarında VAR (Video Yardımçı Referi) sistemindən imtina etmək məsələsi müzakirə olunur.
Trend-in məlumatına görə, klubların 32-dən 19-u, yəni əksəriyyəti bu təklifə dəstək verir. Sorğu 4 ay ərzində komandalar, futbolçular və azarkeşlər arasında aparılıb. Norveç Futbol Federasiyası klubların istəyinə uyğun olaraq qərarın veriləcəyini açıqlayıb.
Yekun qərarın mart ayında açıqlanacağı gözlənilir.
Qeyd edək ki, VAR-a qarşı etirazlar nəticəsində “Rosenborq” – “Lilestrom” matçı yarımçıq dayandırılıb. Azarkeşlər meydana müxtəlif əşyalar ataraq oyunun 4 dəfə saxlanılmasına səbəb olublar.