Bakı. Trend:
Azad edilən ərazilərdə “Böyük Qayıdış”la bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, komissiyada beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı nəzərdə tutulur.