Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pensilvaniya ştatında baş vermiş sui-qəsd cəhdində özünü qorumaq üçün həyatını təhlükəyə atan Şon Karranı ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edib.
Trend-in məlumatına görə, Tramp bu barədə Truth Social şəbəkəsində paylaşım edib.
“Mən Şon Karranı ABŞ Məxfi Xidmətinin yeni direktoru təyin etməkdən şərəf duyuram”, – deyə Tramp paylaşımında qeyd edib.
Trampın sözlərinə görə, Karranın hüquq-mühafizə orqanlarında 23 illik təcrübəsi var və o, 2001-ci ildə Məxfi Xidmətə qoşulub. Keçmiş prezident Karranın Batlerdə baş vermiş sui-qəsd cəhdində qorxmazlıq nümayiş etdirərək öz həyatını təhlükəyə atdığını və Trampın həyatını xilas etdiyini vurğulayıb.
“Şonun rəhbərliyi altında ABŞ Məxfi Xidmətinin daha güclü olacağına əminəm”, – Tramp bildirib.