Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Birinci Qarabağ müharibəsi şəhidi Feliks Zakeryayevanın anası Asiyat Zakeryayevanı 75 yubileyi münasibətilə evində ziyarət ediblər.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Elnur Rzayev şəhid anasını təbrik edib, xoş arzularını çatdırıb, qayğıları ilə maraqlanıb. Görüş zamanı şəhid anasına fəxri fərman və gül dəstəsi təqdim edilib.
Asiyat Zakeryayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Zakeryayeva Feliks Nazaməddin oğlu 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.