...

Bu şəxslər mülki odlu silah əldə edə biləcəklər

Siyasət Materials 23 Yanvar 2025 16:02 (UTC +04:00)
Bu şəxslər mülki odlu silah əldə edə biləcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iyirmi bir yaşına çatan vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Qanunun 2.1.7-ci maddəsinin I hissəsinə “mülki silah” sözlərindən sonra “(odlu silah istisna olmaqla)” sözləri və "Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır” məzmununda ikinci cümlə əlavə edilir.

Xəbər lenti

Xəbər lenti