...

İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 23 Yanvar 2025 10:11 (UTC +04:00)
İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Belə ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 20-də saat 20:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti