Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Katibliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasından Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə rəsmi məktub hələ də almayıb.
Trend-in məlumatına görə, BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib ki, “Biz ABŞ-ın ÜST-dən çıxması ilə bağlı məlumatdan xəbərdarıq, lakin hələlik heç bir sənəd almamışıq".
Qeyd edək ki, yanvarın 21-də Tramp ABŞ-ın ÜST-dən çıxması ilə bağlı sərəncam imzalayıb. Bu qərarın ÜST ilə bağlı köklü siyasət dəyişikliyinə səbəb olacağı gözlənilir.