...

Ötən il yol qəzaları nəticəsində yol təsərrüfatına dəyən ziyanın həcmi açıqlanıb

Cəmiyyət Materials 23 Yanvar 2025 16:24 (UTC +04:00)
Ötən il yol qəzaları nəticəsində yol təsərrüfatına dəyən ziyanın həcmi açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki. bunun nəticəsində 8878 pm əyrixətli tirlər, 52 ədəd beton bordür, 387 pm mühafizə çəpəri, 40 ədəd işıq dirəyi, 56 ədəd yol nişanı, 12 m2 istinad divarı, 416,5 m2 asfalt-beton örtük, 3 ədəd məlumat lövhəsi, 200 m2 fibrobeton,10 m2 travertin, 2 ədəd teksalit və 20 m körpü məhəccəri, 27,2 m2 mərmər, 36,56 m2 alkapon yararsız hala düşüb.

"Ümumilikdə yol təsərrüfatına 890 711,44 manat məbləğində maddi ziyan dəymiş, bundan 457 371,23 manatı (51,34 %) ödənilib.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 700 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 9 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 79 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti