...

ABŞ ordusu 3D printerlərdə PUA istehsalına başladı

Dünya xəbərləri Materials 23 Yanvar 2025 06:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusunun 3D printerlərdə kiçik pilotsuz uçuş aparatlarının istehsalına başladığı bildirilib.

Trend-in Army Recognition nəşrinə istinadən verdiyi məlumata görə, 101-ci Hava Desant Diviziyası, Fort Kempbelldəki EagleWerx Tətbiqi Taktik İnnovasiya Mərkəzinin rəhbərliyi altında 3D çapdan istifadə edərək kiçik İHA sistemlərinin istehsalına başlayıb. Bu təşəbbüs, PUA istehsalında inqilab etmək məqsədini daşıyır.

101-ci Diviziyanın sözçüsü polkovnik Travis Makintoş qeyd edib ki, bu təşəbbüs yalnız komponentlərin istehsalını deyil, həm də kiçik dronların döyüş taktikasını dəyişdirəcək. Nəşr vurğulayıb ki, 3D çap texnologiyası PUA-ların istehsalı və yerləşdirilməsi prosesini xeyli asanlaşdıracaq və daha qənaətcil edəcək.

İstehsal edilən çap dronları “Lethal Eagle” təlimləri zamanı sınaqdan keçiriləcək və daha sonra diviziyanın arsenalının daimi hissəsinə çevriləcək.

Xəbər lenti

Xəbər lenti