...

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Gündəm Materials 23 Yanvar 2025 10:33 (UTC +04:00)
Ötən gün  qanunsuz saxlanılan silah-sursat aşkar olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 22 avtomat silahı, 3 tapança, 83 tüfəng, 23 patron darağı və 549 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti