Bakı.Trend:
Səudiyyə Ərəbistanı qarşıdakı 4 il ərzində Birləşmiş Ştatlara 600 milyard dollara yaxın investisiya qoymaq istəyir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı kralı Məhəmməd bin Salman bəyan edib.
Kralın bu bəyanatı, ABŞ prezidenti Donald Trampın ilk xarici səfərini Səudiyyə Ərəbistanına edə biləcəyi ilə bağlı açıqlamasından sonra yayılıb.
Xatırladaq ki, Tramp ilk prezidentlik dönəmində, 2017-ci ildə ilk rəsmi xarici səfərini Səudiyyə krallığına etmişdi.
Səudiyyə KİV-lərinin məlumatına görə, ölkələrin liderləri arasında telefon danışığı olub və kral Salman 600 milyard dollarlıq investisiya niyyətini məhz həmin söhbət zamanı ifadə edib. Məlumatda planlaşdırılan nəhəng investisiya axınının ABŞ iqtisadiyyatının hansı sahələrinə yönələcəyi barədə məlumat verilmir.
Ağ Evin mətbuat xidməti hələ ki, Salmanla Tramp arasında olan telefon danışığına reaksiya bildirməyib.