Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının VII turunda İspaniyanın "Atletik" (Bilbao) komandasını 4:1 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmada "ağ-qaralar"ın heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joau Mariu (90+2) fərqləniblər. Qonaqların tək qolunu isə Unai Qomes (45) vurub.
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Solskyaerin rəhbərliyi altında komanda xalını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada qərarlaşıb. "Atletik" isə 16 xalla ikinci yerdə mövqeyini qoruyub.
Qeyd edək ki, Avropa Liqasının VII turunun digər matçları yanvarın 23-də keçiriləcək.