Bakı. Trend:
"Çelsi"nin futbolçusu Renato Veyqa "Yuvetus"a keçib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı müdafiəçini icarəyə götürüb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, Veyqa mövsümün ikinci yarısını "Yuventus"da keçirəcək. Müqaavilədə satınalma şərti yoxdur.
"Yuventus" Veyqa üçün qarşı tərəfə 5 milyon avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, "Çelsi" Renato Veyqanı mövsümün əvvəlində "Bazel"dən transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində 18 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.