...

Tramp keçmiş “fast-fud” şəbəkəsi rəhbərini Avropa İttifaqına səfir təyin edib

Dünya xəbərləri Materials 23 Yanvar 2025 10:29 (UTC +04:00)
Tramp  keçmiş “fast-fud” şəbəkəsi rəhbərini Avropa İttifaqına səfir təyin edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ prezidenti Donald Tramp “Carl's Jr” və “Hardee's” fast-fud restoranlar şəbəkəsinin ana şirkətinin keçmiş baş direktoru Endrü Putzderi Amerikanın Avropa İttifaqındakı səfiri təyin edib.

Trend xəbər verir ki, bu haqda Tramp “The Truth” sosial şəbəkə hesabında yazıb.

“Baş direktor vəzifəsində olduğu 17 il ərzində Endi şirkəti ciddi maliyyə girdablarından çıxararaq, onun həyatda qalmasına, maliyyə baxımdan təminatlı olmasına və böyüməsinə şərait yaradıb”, -deyə Tramp yazıda bildirib.

Qeyd edək ki, Putzderin 2017-ci ildə Trampın ilk prezidentlik dönəmində ölkənin əmək naziri postuna namizədliyi irəli sürülsə də, keçmiş həyat yoldaşına qarşı zorakılıqda ittiham olunduğundan namizədliyini geri götürməli olmuşdu.

Xəbər lenti

Xəbər lenti