Bakı. Trend:
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha öncə "Sabah"dan ayrılan Elvin Camalov "ağ-qaralar"la 1,5 + 1 il şərti ilə müqavilə imzalayıb. 29 yaşlı dayaq yarımmüdafiəçi 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.