Bakı. Trend:
2024-cü il ərzində Azərbaycan bank sektorunda unikal əmanətçilərin sayında 40%-dən çox artım qeydə alınıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan bank sektorunda unikal əmanətçilərin sayı 106 700 olub.
"Bir il ərzində 43 600 əlavə unikal əmanətçilər qeydə alınıb. Onların da 77,7%-i 30 minədək olan əmanətçilərdir", - o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.