...

İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir - Qırğızıstan parlamentarisi

Cəmiyyət Materials 22 Yanvar 2025 12:08 (UTC +04:00)
İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir - Qırğızıstan parlamentarisi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir və bu məsələdə gənclərin sosial adaptasiyası mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bu fikirləri Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva yanvarın 22-də Bakıda TÜRKPA üzvü olan parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gənclərə daha gözəl və sağlam həyat təqdim etmək istəyiriksə, onların gələcəyinə investisiya qoymalıyıq. Bunun üçün təbiətə daha az mənfi təsir göstərən vasitələrdən istifadə etmək, eləcə də cəmiyyətə zərərli təsir göstərən halların qarşısını almaq vacibdir.

Vinera Raimbaçayeva bu cür əhəmiyyətli tədbiri təşkil etdiyinə görə Azərbaycana minnətdarlığını da ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti