...

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

Cəmiyyət Materials 22 Yanvar 2025 10:18 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində mövcud olan əmək müqavilələrinin 65412-si əlilliyi olan şəxslərlə bağlanılıb.

Trend xəbər verir ki, onlardan 40 806-sı dövlət, 24 606-sı isə qeyri-dövlət sektorunda çalışır. Həmin şəxslər ən çox təhsil, səhiyyə, sosial müdafiə, topdan və pərakəndə ticarət və s. kimi fəaliyyət növləri üzrə əmək fəaliyyətinə cəlb olunublar.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏMAS üzərindən əmək hüquqlarının təminatına, həmçinin işləyən əlilliyi olan şəxslərin hüquqlarının, əmək münasibətləri sahəsində güzəşt və təminatlarının icrasına daimi dövlət nəzarəti həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti