Bakı. Trend:
ABŞ-nin prezidenti Donald Tramp fevralın 1-dən Çindən idxal olunan mallara 10 faizlik gömrük rüsumunun tətbiq olunmasını nəzərdən keçirir.
Trend bu haqda BBC-ə istinadən məlumat verir.
Tramp Çinə qarşı potensial gömrük ölçülərini Çinin Meksika və Kanadadan ABŞ-yə kütləvi şəkildə fentanil göndərməsi ilə əsaslandırmışdı.
Onun Ağ Evdə verdiyi açıqlamaya görə, həmin maddə təkcə ABŞ-də yox bütün dünyada sintentik narkotiklərlə bağlı böhranın yaranmasına yol açıb.
Əlavə olaraq rəsmi Pekin Trampın bu “təhdidini” pisləyərək, “ticarət müharibəsindən” heç bir tərəfin qalib ayrılmayacağını bildirib. Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Lyu Penyun, Ağ Evin yüksək rüsumlarla təhdid etmək əvəzinə beynəlxalq qaydalara hörmət etməli və ikitərəfli əməkdaşlıq üçün lazımi mühit yaratmalı olduğunu söyləyib.
Qeyd edək ki, Tramp bundan əvvəl Meksika və Kanadaya da 25 faizlik gömrük rüsumu tətbiq etməklə hədələmiş və bu ölkələri Amerikaya qanunsuz miqrantların və narkotik vasitələrin axınına görə qınamışdı.