...

TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 Yanvar 2025 11:22 (UTC +04:00)
TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib (ƏLAVƏ OLUNUB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızstan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikasından, eyni zamanda, TÜRKPA Katibliyindən nümayəndələr iştirak edir.

Tədbirdə “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” müzakirə edilib.

İlk öncə TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, akademik Əhliman Əmiraslanov çıxışı zamanı deyib ki, ətraf mühitin çirklənməsindən yaranan xəstəliklər uşaqlar və yaşlılar üçün çox təhlükəlidir.

"Bu gün səhiyyə sistemi ənənəvi problemlərlə yanaşı iqlim dəyişikliyi ilə bağlı yaranan problemlərdən də əziyyət çəkir. Karbon dioksidin azaldılması, yaşıl texnologiyaların inkişafı bu yolda görülən əsas işlərdəndi. Digər ölkələr kimi Azərbaycan da iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılmasında xüsusi işlər görür.

Vətəndaşlarımızın sağlamlığı üçün bu məsələlərə ciddi yanaşmalıyıq", - deyə o əlavə edib.

Daha sonra TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı çıxış edən Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komisiyyasının sədri Vedat Bilgin çıxış edərək bildirib ki, iqlim dəyişikliyi və onun sağlamlığa təsiri məsələləri fövqəladə haldır.

"İnsan və təbiət arasında tarazlığın qurulması hər dəfə yalnız bir cəmiyyət və bir ölkə ilə məhdudlaşmayan, bütün insanları əhatə edə biləcək nəticələrə gətirib çıxarır. Müasir dövrdəki iqlim dəyişikliklərinə səbəb insanlarla təbiət arasında təbii mühitin pozulmasıdır. Xərçəng xəstəliklərinin sürətli şəkildə yayılmasının iqlim dəyişiklikləri ilə əlaqəli olduğunu da bilirik. Bir çox ölkədə bu hallar yaşanır. Bu insanlıq üçün bir təhlükədir.

Bizim təkcə havamız deyil torpağımız da pozulub. Torpağın təbii olmayan gübrələrlə belə yüklənməsi ona ziyan vurur." - deyə o əlavə edib.

Öz növbəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sosial və Mədəni İnkişaf komitəsinin üzvü Güldara Nurimova TURKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı onlayn çıxışında qeyd edib ki, iqlim dəyişikliyi ekosistemə təsir edir və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.

"Tibb işçiləri iqlim dəyişikliyinin sağlamlığa təsiri mövzusunda marifləndirilməlidir. Biz birlikdə hərəkət edərək iqlim dəyişikliklərinin gələcəyimizə etdiyi mənfi təsirdən qoruna bilərik", - deyə o əlavə edib.

Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva isə yanvarın 22-də Bakıda TÜRKPA üzvü olan parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı vurğulayıb ki, iqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir və bu məsələdə gənclərin sosial adaptasiyası mühüm əhəmiyyət kəsb edir:

"Gənclərə daha gözəl və sağlam həyat təqdim etmək istəyiriksə, onların gələcəyinə investisiya qoymalıyıq. Bunun üçün təbiətə daha az mənfi təsir göstərən vasitələrdən istifadə etmək, eləcə də cəmiyyətə zərərli təsir göstərən halların qarşısını almaq vacibdir".

Bundan başqa, ŞKTR Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim TURKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı çıxışında deyib ki, iqlim böhranı bütün dünyanı olduğu kimi, biz Şimali Kipr Türk Respublikasına da çox dərindən təsir edən və gələcək illərdə də təsir edəcəyini çox aydın bildiyimiz bir problemdir.

"İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə müdaxilə həlledici əhəmiyyət daşıyır.

Bu müdaxilələr siyasətin hazırlanması, tənzimləyici aspektlərin yaradılması və tətbiq mexanizmlərini əhatə edir. İqlim dəyişikliyinin sağlamlıq üzərində birbaşa təsirləri var. Biz Şimali Kipr Respublikasında artıq əvvəllər yaşamadığımız sellər, fırtınalar və bir çox digər təbii hadisələri yaşamağa başlamışıq. İfrat istinin sağlamlığa təsirlərini də çox yaxşı bilirik", - deyə o əlavə edib.

Daha sonra TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı vurğulayıb ki, bu gün qlobal bir çağrışla qarşı-qarşıyayıq.

"İqlim dəyişikliyinin təsirləri dünyanın müxtəlif yerlərində özünü göstərir. Bu da insanların sağlamlığını itirməsinə səbəb olur.

İlk növbədə əhalinin sağlamlığını qorumağı təmin edəcək qərarların qəbul edilməsi bu yerdə mühüm rol oynayır. İqlim dəyişikliyi səbəbi ilə yaranan problemlərin həlli üçün kollektiv iş görməyi hədəfləməliyik.
Region ölkələrinin sıx əməşdalıqla əlaqələrinin genişləndirməsi vacibdir. Yaşıl texnologiyaların inkişafına yönəlmiş təklifləri dəyərləndirməliyik. Ekoloji normalara əməl edilməsi məsələlərində əhalinin marifləndirilməsi ciddi rol oynaya bilər. İnanıram ki, iqlim dəyişmələri və sağlamlıq məsələlərində əməkdaşlığımız problemlərin həllinə əhəmiyyətli töhvə verəcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti