Bakı. Trend:
Ötən il Azərbaycandan 8,4 milyard ABŞ dolları dəyərində 25,8 milyard kub metr təbii qaz (qaz halında) ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən (DGK) məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstəricilərlə müqayisədə ölkənin təbii qaz ixracı həcm baxımından 851,3 milyon kub metr (3,2%), dəyər ifadəsində isə 5,3 milyard ABŞ dolları (38,5%) azdır.
2024-cü ilin ixracına nisbətən təbii qaz ixracı ölkənin ümumi ixracının 31,66%-ni təşkil edib.