...

Portuqaliya istehsal olunan "yaşıl" elektrik enerjisinin ümumi payını 71 faizə çatdırıb

Yaşıl iqtisadiyyat Materials 22 Yanvar 2025 12:02 (UTC +04:00)
Portuqaliya istehsal olunan "yaşıl" elektrik enerjisinin ümumi payını 71 faizə çatdırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Enerji keçidi Portuqaliyanın iqtisadi strategiyasının əsas elementidir.

Trend xəbər verir ki, bunu Portuqaliyanın Ətraf Mühit və Energetika naziri Mariya da Qrasa Karvalyu Davosda Ümumdünya Ticarət Forumu çərçivəsində keçirilən “Energetika və Materialların Geoiqtisadiyyatı” adlı paneldə bildirib.

“Ötən il Portuqaliyada istehsal olunan elektrik enerjisinin 71 faizini bərpaoluna bilər enerji mənbələri təşkil edib; onun 28%-i hidroenerjinin, 27%-i külək enerjisinin, 10%-i günəş enerjisinin, 6%-i isə biokütlənin payına düşür. Bizim hədəfimiz bərpaoluna bilən elektrik enerji payını 93%-ə, ümumi enerji istismarındakı payını isə 51%-ə çatdırmaqdır”, - deyə Karvalyo bildirib.

Nazir investisiyaların cəlb edilməsi və enerji müstəqilliyinin təmin edilməsi baxımından bərpa oluna bilən enerjinin əhəmiyyətini vurğulayıb.

“Biz rəqabət qabiliyyətimizi qaldırmaq üçün şəbəkələrin, enerji saxlama sistemlərinin inkişafı və hidrogen istehsalı istiqamətində aktiv işlər aparırıq”.

Nəqliyyat və tikinti sektorlarında bərpaoluna bilən enerjiyə keçidlə bağlı çətinliklərin olduğunu etiraf edən Karvalyo Portuqaliyanın bu kimi maneələri aşmaqda israrlı olduğunu diqqətə çatdırıb.

“Biz bu keçidin çevik və dayanıqlı olması və eyni zamanda xarici enerji mənbələrdən asılılığın azalması üçün lazımı səylər göstəririk”, -deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti