...

Azərbaycan və bp arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb

İqtisadiyyat Materials 22 Yanvar 2025 20:39 (UTC +04:00)
Azərbaycan və bp arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıblar.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

"Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti