Bakı. Trend:
İqlim böhranı bütün dünyanı olduğu kimi, biz Şimali Kipr Türk Respublikasına da çox dərindən təsir edən və gələcək illərdə də təsir edəcəyini çox aydın bildiyimiz bir problemdir.
Trend xəbər verir ki, bunu bu gün ŞKTR Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim TURKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı deyib.
O bilririb ki, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinə müdaxilə həlledici əhəmiyyət daşıyır.
"Bu müdaxilələr siyasətin hazırlanması, tənzimləyici aspektlərin yaradılması və tətbiq mexanizmlərini əhatə edir. İqlim dəyişikliyinin sağlamlıq üzərində birbaşa təsirləri var. Biz Şimali Kipr Respublikasında artıq əvvəllər yaşamadığımız sellər, fırtınalar və bir çox digər təbii hadisələri yaşamağa başlamışıq. İfrat istinin sağlamlığa təsirlərini də çox yaxşı bilirik", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.