Bakı. Trend:
2025-ci il üzrə neftin qiyməti üzrə proqnoz açıqlanıb.
Trend xəbər verir ki, proqnozu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb.
"Azərbaycan Mərkəzi Bankı olaraq neftin orta qiymətini 2025-ci il üzrə 77,3 dollar proqnozlaşdırırıq.
Təbii qazın orta qiymətini isə bu il üzrə 349 dollar proqnozlaşdırırıq", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.