Bakı.Trend:
Ağ Evin rəhbəri Donald Tramp Birləşmiş Ştatlar hüdudlarında yerləşən kilsələr və məktəblərdə qanunsuz miqrasiyaya qarşı yoxlamaların keçirilməsinə göstəriş verib.
Trend xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
“Cinayətkarlar daha həbsdən yayınmaq üçün Amerika məktəblərində və kilsələrində gizlənə bilməyəcəklər. Tramp administrasiyası daha cəsur hüquq mühafizə orqanı əməkdaşlarının “əllərini bağlamayacaq”, əksinə onlara sağlam düşüncə əsasında hərəkət etməyi etibar edəcək”, -deyə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyindən bildiriblər.
Bundan əvvəl Tramp administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə kuratoru Tomas Homan ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin qanunsuz miqrantların yaxalanması və sonrdan ölkədən deportasiya edilməsi üçün əməliyyatlara başladığını elan etmişdi.