Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə əlaqə saxlayacağına ümid etdiyini bildirib.
Trend xəbər verir ki, Tramp həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpindən Ukraynadakı münaqişənin həllinə köməklik göstərməsini istəyib.
Eyni zamanda, o, 2020-ci il seçkilərindən sonra ABŞ-də hakimiyyətdə qalsaydı, Ukraynada münaqişənin başlamayacağını iddia edib.