Bakı. Trend:
"Fənərbaxça" qışda ilk transferini gerçəkləşdirib.
Trend xəbər verir ki, İstanbul klubu Dieqo Karlosla anlaşdığını açıqlayıb.
Braziliyalı müdafiəçi gecə saatlarında Türkiyəyə gələcək. Bu transfer "Fənərbaxça"ya 11 milyon avroya başa gəlib. İstanbullar bu məbləği "Aston Villa"nın hesabına 4 mərhələdə köçürəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsümdə 11 oyunda meydana çıxıb.